28.02.2019
28 fevral 2019-cu il tarixində Saatlı rayon Mədəniyyət Mərkəzində filial rəhbərlərinin iştirakı ilə seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirədə cari məsələlərlə yanaşı mart ayında keçiriləcək tədbirlər, təşkilati baxımdan görüləcək işlər ətraflı müzakirə olunmuşdur. "Nəsimi ili" çərçivəsində keçiriləcək tədbirlərin keyfiyyətinin və səmərəliliyinin artırılması xüsusi olaraq vurğulanmışdır. Gənclərin asudə vaxtının səmərəli təşkili, C.Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150 illiyi münasibətilə Prezident Sərəncamının icrası istiqamətində lazımi tapşırıqlar verilmişdir. Ödənişli xidmətin səviyyəsinin yüksəldilməsi, sosial şəbəkələrdə görülmüş işlərinin təbliğatının artırılması, iş yerlərində təmizlik və səliqənin daim diqqət mərkəzində saxlanılması istiqamətlərində müzakirələr aparılmış, lazımi tapşırıq və tövsiyyələr verilmişdir.