26.02.2019
26.02.2019-cu il tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Viran ocağım” adlı ədəbi bədii kompozisiya keçirilmişdir.
Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov, hüquq mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Hacıqabul rayon mədəniyyət işçilərinin təşkilatçılığı və iştirakı ilə keçirilən kompazisiyada əsas məqsəd bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu göstərmək, eyni zamanda yetişməkdə olan nəsildə işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inam yaratmaq, onların vətənpərvər ruhda tərbiyə olunması, vətənə, torpağa məhəbbət hissinin aşılanması olmuşdur. Tədbirin sonunda rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zeynəb xanım Yunuslu çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.