26.02.2019
Saatlı rayon Mədəniyyət Mərkəzində Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Nəsimikənd kənd Folklor evi və Nəsimikənd kənd "Adıgün" Mədəniyyət evinin birgə təşkilatçılığı ilə "Xocalını unutmayaq" adlı tədbir keçirilmişdir. Tədbir iştirakçılarına Xocalı Soyqırımı barədə ətraflı məlumat verilmiş, bədii qiraət dərnəyi üzvlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur