26.02.2019
26 fevral 2019-cu il tarixdə Saatlı rayon Fətəlikənd tam orta məktəbinin müəllim və şagirdlər kollektivi Heydər Əliyev Mərkəzində ekskursiyada oldular. Gələn qonaqlara Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolu və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən fotostendlər haqqında ətraflı və geniş məlumat verildi. Sonda isə xatirə şəkili çəkildi.