26.02.2019
Şirvan şəhər Uşaq Musiqi məktəbində Xocalı soyqrımının 27-ci il dönümü ilə əlaqədar “Xocalı qan yaddaşımız adlı” ədəbi-bədii kompozisiya keçirilmişdir. Tədbiri Tədris işləri üzrə direktor müavini Əbülfət İsmayılov açmışdır. Əbülfət müəllim erməni faşistlərinin Xocalıda törəddikləri vəhşiliklərdən danışaraq bu qanın yerdə qalmayacağını, ali baş komandan İlham Əliyevin göstərişi ilə ordumuzun torpaqlarımızı azad edəcəyi günün uzaqda olmadığını demişdir.
Sonra Xocalı faciəsi haqqında məktəbin V sinif şagirdi Bənövşə Muradova , Yaqut Seyidova və Kamran İsmayılov müxtəlif hadisələrdən danışmışlar və səhnəcik göstərmişlər. VI sinif şagirdi Gülnarə Qarayevanın, II sinif şagirdi Fatimə Umudovanın, V sinif şagirdi Bənövşə Muradovanın Xocalıya həsr olunmuş şerləri dinlənilmişdir. Tədbirin sonunda V sinif şagirdi Mina Nəzirovanın “Xoca” k/f-dən “Gəlin qayıdaq evə” mahnısı dinlənilmişdir.