Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əsrin faciəsi”

25.02.2019

25 fevral 2019 – cu il tarixdə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Mərkəzin və Sabirabad Sosial – İqtisad Kollecinin birgə təşkilatçılığı ilə “Əsrin faciəsi”  Xocalı soyqırımının 27 – ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Kollecin  müəllim  və tələbələri, Sabirabad rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etmişlər. Xocalı faciəsində həlak olmuş soydaşlarımızın əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildi. Kollecin müəlliməsi Hüseynova Səidə qeyd etdiki, Xocalı soyqırımı -  1992 – ci il fevralın 25 – dən 26 – na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366 – cı  motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bir gecənin içində qədim Xocalı yerlə - yeksan edilmişdir. Şəhəri tərk etməyən məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutmuşdular. Beləliklə soyuq, qarlı fevral gecəsində nə qədər qız – gəlin əsir düşdü, girov oldular. Ermənilər insanları diri – diri yandırmış ,başları kəsilmiş, üzlərinin dərisi soyulmuş,körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyidləri də təhqir etmişlər. Bu əsl soyqırım idi. Heydər Əliyev Mərkəzinin əməkdaşı Mehdiyeva Səlmi qeyd etdiki, Ulu öndərimiz Heydər Əliyev demişdir: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.

Xocalı yarası qəlbimizi həmişə sizladacaq”. Kollecin tələbəri tərəfindən hazırlanmış Xocalı faciəsinə həsr olunmuş ədəbi – bədii kompozisiya hər kəsi kövrəltdi. Tədbirdə müxtəlif şerlər səsləndi. Sabirabad rayon Uşaq və Ailələr Dəstək Mərkəzinin direktoru Əliyeva Ruhəngiz qeyd etdiki, Xocalıda köməksiz mülki əhali amansızlıqla qətlə yetirildi. Hətta südəmər körpələrə, əlsiz – ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi.Yüzlərlə adam əsir götürülərək dəhşətli işgəncələrə və görülməmiş təhqirlərə məruz qaldı.Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Hacızadə Rəna qeyd etdiki, Soyqırımının baş verməsinə şərait yaradan əsas səbəblərdən biri Respublika daxilində gedən hakimiyyət mübarizəsi idi.O zaman kı rəhbərlərin siyasi savadsızlığı, xəyanəti, vəzifə hərsliyi siyasi qruplar və silahlı qüvvələr arasında gedən çəkişmələr Azərbaycanı bir çox ağır faciələrə, o cümlədən Xocalı müsibətinə gətirib çıxardı.Ümummilli liderimiz Heydər Əliyev  ikinci dəfə hakimiyyətə gələndən sonra bu faciə Xocalı soyqırımı siyasi qiymət aldı.Xocalı soyqırımı qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyib, Tanrıdan onlara rəhmət diləyirik. Mərkəzdə “Əsrin faciəsi” Xocalı soyqırımının 27 – ci ildönümünə həsr olunmuş sərgi təşkil olunmuşdur. Sərgidə 26 fevral 1992 – ci ildə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər,soyqırımını əks etdirən fotoşəkillər, mövzu ilə bağlı kitab, qəzet ,jurnal materialları və məktəblilərin əl işlərindən ibarət “Xocalı yaddaşlarda” rəsm əsərləri nümayiş olundu.