22.02.2019
Fevralın 22- də 2019 – cu il tarixdə “Əsrin xaciəsi” Xocalı soyqırımının 27 – ci ildönümü münasibəti ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində tdbir keçirilmiş və sərgi açılmışdır. Tədbirdə Mərkəzin əməkdaşları və Mərkəzin nəzdində fəaliyyət göstərən “Alfa” rəqs qrupunun üzvləri iştirak etmişlər. Sərgidə 1992 – ci ildə ermənilərin Azərbaycan xalqına qarşı töretdiyi vəhşiliklər,soyqırımını əks etdirən fotoşəkillər, mövzu ilə bağlı kitab, qəzet, jurnal materialları və məktəblilərin əl işlərindən ibarət “Xocalı yaddaşlarda” rəsm əsərləri sərgisi təşkil olunmuşdur. Fondun baş mühafizi Mehdiyeva Səlmi bir daha qeyd etmişdirki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Ulu öndərimiz Heydər Əliyev demişdir: “Amansızliğına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq”. Buna baxmayaraq bu faciə Azərbaycan xalqının iradəsini qıra bilməmişdi. Tədbirdə həmçinin Sabirabad rayon N.Nərimanov adına 2saylı beynəlmiləl məktəbin şagirdləridə iştirak etmişlər.