Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaddan çıxmaz Qarabağ”

21.02.2019

Sabirabad rayon Mədəniyyət Mərkəzində  Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.                                                                                        Fevralın 21-də Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən dərnək üzvləri və Sabirabd rayon Sosial İqtisad kollecinin tələbələri Mərkəzin foyesində yaradılmış”Yaddan çıxmaz Qarabağ”başlığı altında Xocalı soyqırımı adlı sərgiyə baxış keçiriblər.Sərgidə 1992-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər,soyqırım faktlarının bədii təcəssümü,”Xocalı soyqırımı”mövzusunda foto-şəkillər, kitab və jurnallarda  soyqırımı əks etdirən materiallar,eyni zamanda Azərbaycanın dövlət müstəqilliyinin,ərazi bütövlüyünün qorunması yolunda şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanları Fərhad Ağayev,Murad Mirzəyev və Mübariz Əhmədovun foto şəkilləri öz əksini tapmışdır.