24.02.2019
Sabirabad rayon A.İsgəndərov adına Xalq Teatrının nəzdində fəaliyyət göstərən Əlillərdən ibarət “Mübarizlər” teatr qrupu Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar olaraq Bərdə və Cəlilabad rayon məktəblərində “Könlüm keçir Qarabağdan” adlı ədəbi bədii kompozisiyası ilə çıxış edirlər. Şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılması məqsədilə hazırlanmış kompozisiya gənc nəsli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə hazırlamaq işində əsas təbliğat vasitəsidir.Tamaşanın əsas məqsədi yetişməkdə olan nəsildə işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inam yaratmaqdır