Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev Mərkəzində “Xocalı qətliamı” filmi nümayiş olundu

21.02.2019

21.02.2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Xocalı qətliamı” sənədli filmi nümayiş olundu. Əvvəlcə Mərkəzin bələdçisi Aytən Mustafazadə 1 saylı tam orta məktəbin bir qrup şagirdini Xocalı faciəsinə həsr olunmuş kitab, jurnal və qəzetlərdən ibarət sərgi ilə, Mərkəzdə hazırlanan “Aylıq bülleten”lə tanış etdi, sonra şagirdlər kiçik rəssamların Xocalı faciəsinə həsr olunmuş çəkdikləri rəsmlərə tamaşa etdilər.Mərkəzin direktoru Aytən Zülfəliyeva Xocalı faciəsi haqqında uşaqlara məlumat verdikdən sonra Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla anıldı. Sonra məktəblilər, təhsil və mədəniyyət işçiləri “Xocalı qətliamı” sənədli filminə tamaşa etdilər.