Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əsrin soyqırım qurbanı-Xocalı”.

21.02.2019

Xocalı soyqrımının 27-ci ildönümü ilə əlaqədar Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyi 21 fevral 2019-cu il tarixdə “Əsrin soyqırım qurbanı-Xocalı “mövzusunda tarix dərsi keçirmişdir.

TədbirXocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı.Bundan sonra şagirdlər “Xocalı-27” sərgisi ilə tanış olmuşlar.Sərgi haqqında məlumatı muzeyin bələdçisi Aytac Vəliyeva vermişdir.Tarix dərsini muzeyin əməkdaşı Xatirə Əliyeva aparmışdır.Hadisə barədə məlumat verərkən o, qeyd etmişdirki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərinə hücum etmiş və bütün beynəlxalq hüquq normalarını pozaraq zirehli texnika ilə dinc əhaliyə divan tutmuşdur.X.Əliyeva Xocalı haqqında məlumat verərkən Xocavənd rayonunun Qaradağlı kəndində 17 fevral 1992-ci ildə baş vermiş hadisədən də danışdı.Qeyd etdi ki,bu kənddə baş vermiş hadisətarixə ikinci Xocalı kimi düşmüşdür.X.Əliyeva şagirdlərə Xocalı soyqrımı haqqında geniş məlumat vermiş və şagirdlərin suallarını da cavablandırmışdır.

Tədbirin sonunda şagirdlər “Xocalını unutma!”adlı videomaterialı  izləmişlər.Tarix dərsində şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəbin şagirdləri iştirak etmişlər.