13.02.2019
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikası Preziden -tinin 2019-ci ili “Nəsimi ili” elan edilməsi ilə əlaqədarŞirvan Tarix-diyarşünaslıq muzeyi tədbirlər planı hazırlamışdır.İlk tədbir 13 fevral 2019-cu il tarixdə M.İsrailov adına 18 nömrəli təbiət təmayüllü humani- tar məktəb-liseyində “Nəsimi dünyası” mövzusunda keçirilmiş ədəbiy- yat dərsi olmuşdur.Dərsi muzeyin əməkdaşı,ali təhsilli filoloq,Reyhanə Əlizadə aparmışdır.O, İ.Nəsiminin həyat və yaradıcılığı haqqında şagird- lərə ətraflı məlumat vermişdir.Qeyd etmişdir ki,İ.Nəsimi orta əsrlərdə azərbaycan dilində yazıb-yaradan ilk şair idi.Dərsdə R.Əlizadə və şa- girdlər tərəfindən İ.Nəsiminin qəzəlləri səsləndirilmişdir.Bundan başqa şagirdlər dərsdə 1973-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” ki- nostudiyasında çəkilmiş “Nəsimi” (ssenari müəllifi İsa Hüseynov,quru-luşçu rejissor Həsən Seyidbəyli) filmindən fraqmentlər izləmişlər.Ədəbiyyat dərsində 8-ci sinif şagirdləri iştirak etmişlər.