07.02.2019
07 fevral Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Bu münasibətilə Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət "Mübarizlər" teatrı Bərdə rayonunun məktəblərində şəhidin xatirəsinə həsr olunan tədbirlər həyata keçirmişdir. Şəhidin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və igidliyindən bəhs edən çıxışlar səsləndirilmişdir.