Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İnsan alverinə qarşı mübarizə

29.01.2019

29 yanvar 2019-cu il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Saatlı rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, rayon Məşğulluq Mərkəzi, rayon "Gənclər evi" sosial xidmət müəssisəsi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "İnsan alverinə qarşı mübarizə", "insan haqlarının müdafiəsi" mövzusunda tədbir keçirildi. Tədbirdə mövzu barədə məlumat verilərək bildirildi ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində digər dövlətlərlə, xüsusən təyinat və mənbə ölkələrinin hüquq mühafizə və başqa dövlət orqanları ilə, habelə aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirir və gücləndirməkdədir. Həmçinin BMqT-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən 2019-2023-cü illəri əhatə edəcək İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının hazırlanması istiqamətində Azərbaycan hökumətinə dəstək vermək məqsədilə rəy və təkliflər hazırlanması barədə də məlumatlar verildi.