18.01.2019
18 yanvar 2019-cu il tarixdə Saatlı rayon Mərkəzi kitabxanasında “20 yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan gəncləri üçün örnəkdir” adlı tədbir keçirilmişdir. Tədbirdə Tarix diyarşünaslıq Muzeyinin, Dövlət Rəsm Qalereyasının işçiləri iştirak etmişlər. MKS-nin direktoru Sakit Bağırov tədbiri açaraq iştirakçılardan Şəhidlərin ruhunu bir qəqiqəlik sükutla yad etməyi xahiş etmişdir. O, çıxış edərək qeyd etdi ki, milli oyanışın, özünü dərkin və vətənpərvərlik hisslərinin formalaşmasında 20 yanvar Şəhidlərinin xüsusi rolu vardır. Tarix diyarşünaslıq muzeyinin direktoru Sürəyya xanım Zeynalova, Kitabxananın böyük metodisti Mehdi Mehdizadə, Dövlət Rəsm Qalereyasının direktoru Südabə Vəliyeva,
MKS-nin direktor müavini Həqiqət xanım Həziyeva çıxışında o vaxtkı SSRİ rəhbərliyinin xalqımıza qarşı etdikləri cinayətkar əməllər pislənilmişdir. Tədbirin sonunda tədbir iştirakçıları kitabxana əməkdaşlarının hazırladıqları sərgi ilə tanış oldular.