Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“2 Fevral Gənclər Günü”

01.02.2019

Əziz Azərbaycan gəncləri!

Sizi “2 Fevral Gənclər Günü” Münasibəti ilə təbrik edir, sizə sağlamlıq, xoşbəxtlik, gənclik səadəti arzulayıram.                                                                                                          Azərbaycan gənclərinin inkişafı daim dövlətimizin diqqətində olmuşdur. Təsadüfi deyil ki, Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürü kimi fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri günü elan olunmuşdur. 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlamışdır.

Bugün gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin «Gənclər ili» elan edilməsi, «Azərbaycan Gəncliyi Dövlət Proqramı»nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.

Azərbaycan gəncliyinin inkişafı yolunda hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Xanım Mehriban Əliyevanın Azərbaycanın mədəniyyətinin və tarixinin, ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu vardır. 2012-ci ildə keçirilən «Avroviziya» mahnı müsabiqəsinin, həmçinin 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Olimpiya Oyunlarının təşkilat komitələrinə Mehriban xanım Əliyevanın təyin olunması ölkənin ictimai-siyasi həyatındakı rolunu aydın əks etdirir.

Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.

Bu gün dövlətimiz öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, xüsusi ilə mədəniyyət sahəsində  peşəkarlıqlarını artırması, onların milli-mədəni dəyərlərin mənimsəyib dünyaya tanıtması istiqamətində böyük işlər görür.

Əziz gənclər, sizə bu əməllər naminə sözün həqiqi mənasında gənclik enerjisi arzulayıram.

Sabirabad rayon Mədəniyyət Mərkəzinin Direktoru:    M.Ağazadə