31.01.2019
Bu gün hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. Gənclər Günü münasibəti ilə 31 yanvar 2019 – cu il tarixində Sabirabad rayon Heydər Əliyev Mərkəzində , Heydər Əliyev Mərkəzi və Gənclər və idman İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbir Dövlət Himni ilə açılmışdır və həmyerlimiz ,məşhur idmançımız qaydasız döyüş üzrə Dünya çempionu Xamis Məmmədovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetirmişdir. Bugünki, Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərinin yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin , təhsilin inkişafını , ölkəmizin siyasi , iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır. Tədbiri giriş sözü ilə Sabirabad rayon Gənclər və İdman Mərkəzinin rəisi N.Quluyev açmısdır. O, geniş məruzə ilə çıxış etmişdir. Qeyd etmişdirki, 1994 – cü ildə dövlət gənclər siyasətinin icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. 1996 – cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1 – ci formu keçirildi. 1997 – ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Sonra Sabirabad rayon İcra Hakimiyyətinin başçısı N.İsmayılov çıxış etdi. O, qeyd etdiki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsbiq etməsində mühüm rol oynamışdır. Sonda bir qrup fəal gənclər fəxri fərmanlarla və qiymətli hədiyyələrlə təltif olundular. Mərkəzin salonunda Gənclər günü ilə əlaqədar təşkil olunmuşdur. Sərgidə gənclərə və idmançılara aid fəxri diplomlar, kubok və medallar nümayiş olunmuşdur.