31.01.2019
31 yanvar 2019-cu il tarixində Saatlı rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Gənclər və İdman İdarəsi, Gənclər evi sosial xidmət müəssisəsi, Bülbül adına Uşaq Musiqi məktəbi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Gənclər Günü münasibətilə musiqili-əyləncəli tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, daha sonra Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Daha sonra tədbir Gənclər evində davam etmişdir. Tədbirdə 2018-ci ildə fərqlənən gənclərə diplom və fəxri fərmanlar, qiymətli hədiyyələr verilmişdir. Tədbirdə gənclərin istək və arzuları dinlənilmiş, onlara uğurlar arzulanmışdır. Bir-birindən maraqlı musiqi nömrələri gənclər tərəfindən alqışlarla qarşılanmışdır.