30.01.2019
Sabirabad rayon Mədəniyyət Mərkəzində “2 Fevral - Azərbaycan Gəncləri Günü” ilə əlaqədar dəyirmi masa keçirilib.
30 yanvar 2019-cu il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində “Azərbaycan gəncliyi: gənclik və tərəqqi” mövzusunda dəyirmi masa keçirilib.
“2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə təşkil olunan tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri Aynur İsmayılova, Ağalar Ağammədov, Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru Mirtaleh Ağazadə, Sabirabad rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Şükufə Əsgərova və fəal gənclər çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən söz açıblar.
Çıxış edənlər 2 fevral gününün Gənclər Günü kimi elan olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu, 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdığını,1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başalandığını qeyd etmiş, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söhbət açmışlar.