Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Yanvar – milli qürur günümüz!

22.01.2019

20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyində “20 Yanvar – milli qürur günümüz!” adlı mühazirə oxunması təşkil edilmişdir. Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Muzeyin baş elmi işçisi Ləman Mikayılova “20 Yanvar – milli qürur günümüz!” mövzusunda mühazirə ilə çıxış etmişdir. Mühazirə oxunduqdan sonra iştirakçılar bloqqer Azər Rzaxanovun hazırladığı       “20 Yanvar – unutmadıq, unutmayacağıq!” adlı video materialı izləmiş, Reyhanə Əlizadənin bələdçiliyi ilə “Qanlı faciə” adlı sərgi ilə tanış olmuşlar.

         Qeyd. 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ərəfəsində təşkil edilməli olan bu tədbir anomal hava şəraitinə görə təxirə salınmışdı.