21.01.2019
Lütfiyar İmanov 1928-ci il aprelin 17-də Petropavlovka (indiki Sabirabad, ) kəndində anadan olmuşdur.1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor vəzifəsində başlamışdır. 18 yaşında o, drama qrupuna rəhbərlik etmişdir. 1948-ci ildən Sabirabad Şəhər Mədəniyyət Evində bədii rəhbər vəzifəsində çalışıb. Yaşadıqı ev Mədəniyyət Mərkəzinin binasının yeri olmuşdur
O, uşaq yaşlarından incəsənətə meyl göstərmiş, «Araz» və «Vətən» kinoteatrlarının afişalarını hazırlamışdır.
1956-cı ildə A.Zeynallı adına Bakı musiqi məktəbini bitirmiş, SSRİ Böyük Teatrında, Milanda LaSkala teatrında təcrübə keçmişdir. 1954-1957-ci illərdə Azərbaycan Televiziyası və Radiosu xorunda, 1957-1959-cu illərdə M.F.Axundov adına Musiqili Komediya Teatrında solist kimi çıxış etmişdir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə SSRİ Böyük teatrının səhnəsində əfsanəvi qəhrəman Koroğlu obrazını ustalıqla yaratmışdır. Lütviyar İmanov xalq mahnılarını, dünya klassik operalarını məharətlə ifa etmişdir.
Lütviyar İmanov SSRİ və Azərbaycan SSR-in xalq artisti adını almışdır. O, X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
Lütviyar İmanov 2008-ci ildə vəfat etmişdir.