Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aşıq Ülkər (1936-1991)

22.01.2019

Aşıq Ülkər Bəhlul oğlu Məmmədov Sabirabad rayonunun Quruzma kəndində doğulmuşdur. Gözəl səsə və aşıqlıq məharətinə malik idi. El məclislərinin və toy şənliklərinin fəal iştirakçısı olmuşdur. Onun adı həmişə məşhur Azərbaycan aşıqları ilə bir cərgədə çəkilirdi. Dəfələrlə respublika Özfəaliyyət İncəsənət Festivalının laureatı olmuş, II dərəcəli diploma və döş nişanına layiq görülmüşdür.
1986-cı ildə Aşıq Ülkər Bakıda Dənizkənarı parkda keçirilən Sabirabad günlərində fəal iştirakına görə Fəxri fərmanla təltif edilmişdir.