Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azər Əlibala oğlu Mirzəyev

22.01.2019

Azər Mirzəyev 12 may 1952-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. M.Ə.Sabir adına bir saylı şəhər orta məktəbini bitirmişdir. 1968-1970-ci illərdə «Azərbaycanfilm» kinostudiyasının nəzdindəki kino aktyorluğu studiyasında təhsil almışdır. Sənət müəllimi SSRİ xalq artisti Adil İsgəndərov olmuşdur. 1970-1974-cü illərdə Azərbaycan İncəsənət inistitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almışdır. 1998-ci ildə Əməkdar artist adına layiq görülmüşdür.
1972-ci ildən Azərbaycan Dövlət Televiziyasının daimi aparıcısı, rəngarək verilişlərin ssenari müəllifi və aktyoru kimi fəaliyyətini davam etdirir. İstedadlı aktyor Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.