Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rafiq Əliş oğlu Nəsirov

21.01.2019

Rafiq Nəsirov 1947-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra, 1961-1964-cü illərdə Politexnik Texnikumunu, 1964-1968-cu illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirmişdir. Həmin ildən Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasında memar vəzifəsində çalışmış, 1980-ci ildən isə kinostudiyanın dekorativ qurğular şöbəsinə rəhbərlik etmiş və quruluşçu rəssam kimi fəaliyyət göstərmişdir.
Rafiq Nəsirov ötən illər ərzində 40-dan artıq bədii filmin quruluşçu rəssamı olmuşdur. 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı adını almış, 2003-cü ildə isə «Bakılı» Beynəlxalq Mədəniyyət Cəmiyyəti Akademiyasının «Humay» mükafatı ilə təltif edilmişdir.
2005-ci ildən Azərbaycan Kinostudiyasının baş rəssamı vəzifəsində çalışır. 2007-ci il avqustun 1-də ölkə Prezidentinin Sərəncamı ilə ona xalq rəssamı adı verilmişdir.