Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qanlı yaddaşımız” adlı tədbir

19.01.2019

20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Şirvan” klubu tərəfindən “Qanlı yaddaşımız” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə klubun müdiri Eldəniz Quliyev açmışdır. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra “Şirvan” klubunun mədəni təşkilatçısı Kamilə Əliyevanın və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleci gənclər təşkilatının sədri Amin Quliyevin məruzələri dinlənilmişdir. Şirvan şəhər 16 saylı tam orta məktəbin dördüncü sinif şagirdi Vüqar Əlizadə 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər söyləmişdir.