Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadın qədim kəndləri haqqında məlumat

17.01.2019

Cavad kəndi.

İndiki Sabirabad rayonunun ərazisində yerləşir.Arxeoloji tədqiqatlar təsdiq edir ki, Cavad şəhərinin əsası adı tarixi mənbələrdən çəkilməzdən 500 il əvvəl XI əsrdə qoyulmuşdur.XVI əsrdə xanlıqlar mərkəzinə çevrilmiş Cavad şəhəri müasir Cavad kəndindən bir qədər aralıda yerləşmişdir.1606-1607-cı illərdə Səfəvi dövləti ilə Osmanlılar arasında baş vermiş hərbi toqquşma böyük dağıntılara səbəb olmuş, Cavad bərəsinin Osmanlılar tərəfindən dağıdılması, suvarma sistemlərinin aradan çıxarılması əhaliyə ağır maddi və mənəvi zərbə vurmuşdur.

        Bölgədə aparılan arxeoloji tətdqiqatlar nəticəsində Surra, Cavad, Zəngənə, Qalaqayın,Qaratəpə, Qaraqaşlı, Bulaqlı kəndləri yaxınlığında yaşayış yerləri və nekropollar aşkar edilmişdir. Materialların təhlili əsasında nekropolu Antik dövrə aid etmək olar.

        Cavad orta əsr yaşayış yerində tapılan bişmiş kərpic qalıqlarını, şirsiz və şirli saxsı məmulatlarını IX-XV əsrlərə aid etmək olar. “ 1606-cı ildə Şah Abbas Azərbaycandan Cavada ( Arazın Kürə töküldüyü yerin yaxınlığında kənddir) hərəkət etdi.( A. Bakıxanov Gülüstanı irəm) “ əsərindən.

        “13 yanvar 1148\ 1736-cı ildə Nadir Dağıstandanda üsyana qalxmış tayfaları yatırıb Cavad keçidi yaxınlığında ordugaha qayıtdı və şah elan edildi.A.Bakıxanov “Bakı xanlığının tarixindən”.

        Cavadda sənətkarlıq, xalçaçılıq, dulusçuluq, metalişləmə və s. növləri inkişaf etmiçdir.Azərbaycanın ən iri çayları olan Kür və Araz Cavad kəndi ərazisində birləşir və Suqovuşan adlanır.