16.01.2019
20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən “20 Yanvar faciəsi rəsmlərdə” adlı sərgi təşkil olunmuşdur. Sərgidə müxtəlif janrlarda işlənmiş 25 rəsm nümayiş etdirilmişdir.
Qalereyanın direktoru Çinarə Vəliyeva sərginin açılışında çıxış edərək 20 Yanvar faciəsi və onun Azərbaycan rəssamlarının əsərlərində əksi, uşaq, yeniyetmə və gənclərin bu mövzuya marağı haqqında məlumat vermişdir. 9 saylı tam orta məktəbin müəllimi Sona Nəzərova 20 Yanvarfaciəsi haqqında xatirələrini danışmışdır. 14 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin ifasında faciəyə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Sərginin nümayişi dörd gün davam edəcəkdir.