16.01.2019
20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Şirvan şəhər Heydər Əliyev Mərkəzi tərəfindən növbəti tarix dərsi 16saylı tam orta məktəbdə keçirilmişdir. “20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti” mövzusunda keçirilmiş dərs faciə qurbanları xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanmışdır. Muzeyin əməkdaşı, dərsin aparıcısı Səkinə Qayıbova 20 Yanvar faciəsinin tarixi, onu yaradan səbəblər və nəticələr barədə danışmış və şagirdləri maraqlandıran suallara cavab vermişdir.