16.01.2019
1990 – cı il 20 Yanvar faciəsi ilə əlaqədar Sabirabad rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər davam etdirilir. 16 Yanvar 2019 – cu il tarixində Mərkəzi 5 saylı uşaq baxçasının kollektivi ziyarət etmişdir. 20 Yanvar faciəsi ilə əlaqədar Mərkəzdə sərgi təşkil olunmuşdur. Müəllim və uşaqlar sərgi ilə tanış olmuş , Azərbaycan dövlət himnini uşaqlar səsləndirmiş və Qanlı Yanvar faciəsinə aid şerlər söyləmişlər.Bir daha uşaqlara izah edildi ki 20 Yanvar faciəsi Azərbaycan tarixinin Qan Yaddaşıdır. Həlak olmuş günahsız insanlar Respublikamızın ərazi bütövlüyü , milli azadlığımız və müstəqilliyimiz uğrunda şəhid olmuşlar.Qanlı 20 Yanvar – Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir.