16.01.2019
16 yanvar tarixində Sabirabad MKS-inin kollektivi Sabirabad Rayon Mədəniyyət Mərkəzində Qanlı 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxış keçirildi. MKS-inin direktoru Eldar Urufov çıxış etdi. Eldar Urufov çıxışında qeyd etdi ki, xalqımız artıq 20 Yanvar faciəsinin 29-cu ildönümünü qeyd etməyə hazırlaşır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Vətənin bu ağır, faciəli günlərində, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
Sonda təşkil olunmuş sərgi önündə xatirə şəkli çəkildi.