14.01.2019
20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Şirvan şəhər Heydər Əliyev Mərkəzi tərəfindən 13 nömrəli tam orta məktəbdə “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı tarix dərsi təşkil edilmişdir. Heydər Əliyev Mərkəzinin əməkdaşı Səkinə Qayıbova iyirmi doqquz il əvvəl Bakıda baş vermiş faciənin yaranma səbəbləri, gedişi və acı nəticələri haqqında şagirdlərə ətraflı məlumat vermiş, bu qanlı hadisəni həm də azadlıq uğrunda mübarizəmizin qəhrəmanlıq səhifəsi kimi qiymətləndirmişdir. Dərsin aparıcısı şagirdlərin 20 Yanvarla bağlı suallarına da cavab vermişdir