14.01.2019
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 il keçir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş,dinc əhaliyə divan tutulmuş,yüzlərlə insan qətlə yetirilmiş,yaralanmış və itkin düşmüşdür.Həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını,şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. 14 Yanvar 2019-cu il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.