28.12.2018
Dünya Azərbaycanlılarının Hərəyliyi günü və Yeni il bayramı münasibətilə Şirvan şəhər Uşaq Musiqi Məktəbində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin tədris işləri üzrə direktor müavini Əbülfət İsmayılov açmışdır. Məktəbin direktoru Mübariz Dadaşovun məruzəsi , Şirvan şəhər “Yeni əsr” Təlim- Tədris Mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Çingiz Şirəliyevin, Əməkdar Mədəniyyət İşçisi Şəfaqət Hacıyevanın çıxışları dinlənilmişdir.
Tədbirin ikinci hissəsində tamaşaçılara bayram konserti təqdim olunmuşdur. Konsertdə uşaq xorunun, xalq çalğı alətləri ansamblının müşayiəti ilə xanəndə və müğənnilərin ifasında, habelə müxtəlif musiqi alətlərində rəngarəng melodiyalar səslənmişdir.