27.12.2018
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə Şirvan şəhər Mədəniyyət Mərkəzinin Diyarşünaslıq və “Energetik” klubları birlikdə ədəbi – bədii gecə təşkil etmişlər. Gecənin iştirakçıları aparıcılar Xədicə Abbasova və Araz Ələmovun hər iki əlamətdar bayram haqqında maraqlı söhbətlərini, Şaxta baba və Qar qız rollarında çıxış edən Zakir Həsənov və Nəzirə Səfərovanın təbriklərini, Asim Asimlinin, Əlövsət Camalovun, Şəbnəm İbrahimovanın, Şəhla Əsədovanın ifasında müxtəlif musiqi nömrələrini, gənc şair Nahidə Elman qızının şeirlərini dinləmiş, Aytac Məmmədova və Aygül Qəhrəmanovanın, eləcə də şən və hazırcavablar klubu üzvlərinin ifasında müxtəlif səhnəciklərə tamaşa etmişlər.