24.12.2018
Azərbaycan Respublikası Prezidentinin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 17 may 2018- ci il tarixli, 108 nömrəli sərəncamının, Mədəniyyət Nazirliyinin “Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi haqqında” 12 iyul 2018- ci il tarixli, 51 nömrəli əmrinin icrası ilə əlaqədar Şirvan şəhər Mədəniyyət Mərkəzinin Hacıqəhrəmanlı qəsəbə Sənətkarlıq klubunda tədbir keçirilmişdir. Tədbirdə Tərlan Muradov , Sevil Hacı-yeva və Fatma Abbasovanın məruzələri dinlənilmişdir. Şirvan şəhər 12 saylı tam orta məktəbdə təhsil alan məktəbli qiraətçilər Leyla Cəbiyeva, Kənan Nağıyev, Ramil Əhmədzadə və b. tədbir iştirakçılarına Mikayıl Müşfiqin şeirlərindən nümunələr təqdim etmişlər.