Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibətilə təntənəli tədbir

26.12.2018

            26 dekabr 2018-ci il tarixində Saatlı rayon Mədəniyyət Mərkəzində “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə 2018-ci təsərrüfat ilində fərqlənən zəhmətkeşlərə Saatlı rayon İcra Hakimiyyətinin Başçısı Siraqqədin Cabbarov tərəfindən müxtəlif mükafatlar və Fəxri Fərmanlar təqdim olunmuşdur. Daha sonra konsert proqramı ilə tədbir davam etmişdir. Saatlı rayon Mədəniyyət Mərkəzinin “Muğan” instrumental ansamblının müşaiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Elnarə Abdullayeva, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynov, Bülbül adına Uşaq Musiqi Məktəbinin xanəndə müəllimi Sədi Muradov, istedadlı müğənni Zemfira İbrahimova, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının əməkdar artisti Babək Niftəliyev, Bülbül adına Uşaq Musiqi Məktəbinin xanəndə müəllimi Həsən Həsənov, Azərbaycan Respublikasının əməkdar artisti Zakir Əliyev, istedadlı xanəndə Abgül Mirzəliyevin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.