Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon Mədəniyyət Mərkəzi

25.12.2018

Dekabrın 25-də Sabirabad rayon Mədəniyyət Mərkəzində ilin yekunları və cari ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş seminar müşavirə keçirildi.Seminarda Sabirabad Regional Mədəniyyət İdarəsi,Mədəniyyət Mərkəzi və filiallarının əməkdaşları iştirak ediblər. Seminar müşavirəni giriş sözü ilə açan Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov,bu il ərzində görülmüş işlərdən,səmərəli fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələrdən,fəaliyyətinə görə fərqlənən mədəniyyət müəssisələrindən ətraflı şəkildə söz açmış,qarşıdan gələn bayramlar münasibətilə kollektivin bütün işçilərini təbrik edərək ən xoş arzularını bildirmişdir. Mədəniyyət Mərkəzinin direktoru Mirtale Ağazadə Mədəniyyət Nazirliyinin,ölkə başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq,2018-ci ildə rayonumuzda keçirilən tədbirlər,mədəniyyətimizin təbliği istiqamətində görülən işlər,həyata keçirilən layihələr və əldə olunan nailiyyətlərdən söhbət açdı. Çıxış edən Sabirabad Regional Mədəniyyət İdarəsinin məsul nümayəndəsi Aynur İsmayılova həyata keçirilən tədbirlər və layihələr barədə məlumat vermiş,kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etdi. İclasın sonunda 2018-ci ildə işlərində fərqlənən Əliləmbəyli kənd Mədəniyyət evinin,Əhmədabad kənd Folklor evinin,Qaralar kənd Folklor evinin kollektivləri,Qalaqayın kənd Mədəniyyət evinin metodisti Mehdiyev Daşqın Baxşeyiş oğlu və Şəhər Yaradıcılıq klubunun müdiri Ağayev Şamil Ağalar oğlu Sabirabad rayon Mədəniyyət Mərkəzinin,uzun müddət Mədəniyyət sahəsində səmərəli fəaliyyətləri və 65 illik yubileyləri münasibətilə Kürkəndi kənd Yaradıcılıq evinin direktoru Quliyeva Mərziyyə Mirzəmməd qızı və Bulduq kənd Yaradıcılıq klubunun müdiri Kərimova Zəkiyə Firudin qızı Sabirabad Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olundular.