Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Dövlət Müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş konsert keçirildi

18.10.2018

18.10.2018-ci il tarixində Azərbaycan Dövlət Müstəqilliyi günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi  münasibəti ilə Hacıqabul rayonunun bir qrup mədəniyyət işçiləri rayonda yerləşən N saylı hərbi hissədə oldular.Hərbi hissədə “Müstəqil Azərbaycanım” adlı böyük konsert proqramı ilə çıxış etdilər. Konsertdə hərbi hissənin əsgər və zabit heyəti iştirak etdilər. Konsert proqramı zabitlər tərəfindən alqışlarla qarşılandı. Müğənnilərin ifası onlarda xoş əhval-ruhiyyə yaratdı.