21.06.2018
M.Ə.Sabir adına Mərkəzi kitabxanada 21 iyun 2018-ci il tarixində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi ölməz şairimiz Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubİleyinə həsr olunmuş tədbir təşkil olundu.Tədbiri giriş sözü iləİnformasiya-Resurs şöbəsinin müdiri Ələkbərova Seyidməsmə açaraq böyük ürəkli, istedadlı, coşğun təbli Azərbaycanın şair oğluMikayıl Müşfiqinhəyat və yaradıcılığı haqqında məlumat verdi. O, öz çıxışında Mikayıl Müşfiqinqısa ömür yoluna nəzər salaraq keçdiyi şərəfli həyatı və 11 illik yaradıcılığı haqqında danışdı. Sonra isə məruzə üçün sözü MKS-inin Uşaq şöbəsinin müdiri Zenfira İsgəndərovaya verdi.Zenfira İsgəndərovaMikayıl Müşfiqin həyat və yardıcılığı haqqında geniş məruzə etdi.MKS-inin direktor müavini N.Salmanova çıxış edərək böyük şairin milli folklordan və klassik ədəbi ənənələrdən bəhrələnərək yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın bədii fikir xəzinəsinin zəginləşdirməsindən danışdı. Həmçinin Nəzakət xanım dövlətimizin mədəniyyətə o cümlədən ədəbiyyat sahəsinə göstərdiyi qayğısınıxüsusi vurğulayaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair M.Müşfiqin 110 illik yubileyinin keçirilməsinə dair 17 noyabr 2018-ci il tarixində imzaladığı Sərəncamı haqqında geniş məlumat verdi.O, bunu dövlətimizin ədəbiyyata mənəvi dəyərlərimizə göstərdiyi qayğısı ilə əlaqələndirərək qeyd etmişdir ki,biz kitabxanaçılar üzərimizə düşən vəzifələri yerinə yetirmək üçün məsuliyyət daşımalıyıq.
Koplektləşdirmə və kitabişləmə şöbəsinin baş kitabxanaçısı Svetlana Hüseynovanın ifasında “Yenə o bağ olaydı ” şeri tədbir iştirakçıları tərəfindən böyük maraqla dinlənilmişdir. Sonra Oxuculara Xidmət şöbəsinin müdiri Zərifə Kərimova çıxışında M.Müşfiqin “Oxu tar” şeri ətrafında geniş çıxış etdi. O, qeyd edərək bildirdi ki, şair tara, tarın simasında Azərbaycana, Azərbaycançılığa sanki heykəl qoyub, təkcə tara deyil, Azərbaycana hayqırıb, doğma tarım, doğma Azərbaycanım deyib.
Tədbir M.Müşfiqin əsərlərindən ibarət sərgilənmiş kitablara baxışla sona çatdı