14.06.2018
Azərbaycan xalqının Milli Qurtuluş günü münasibətilə Şirvan şəhər Mərkəzi Kitabxanasında tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Siteminin direktoru İltifat Nəbiyev açmışdır. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra Alma Cəfərovanın “Dövlətçilik tariximizin şanlı səhifəsi”, Firuzə Əliyulmusəvinin “Heydər Əliyev zəkası müstəqilliyimizin qarantı oldu”, Mehriban Alxasovanın “Nəyə görə 1993-cü ilin 15 iyununu Milli Qurtuluş günü adlandırırıq?”, Aysel İsmayılovanın “Vətəndaş məhəbbəti, lider diqqəti” mövzularında mühazirələri dinlənilmişdir.
Tədbirin iştirakçıları “Milli Qurtuluş günü” adlı kitab sərisi ilə də tanış olmuşlar.