13.06.2018
13 İyun 2018-ci il tarixində M.Ə.Sabir adına Mərkəzi kitabxanada tarixi bir gün 15 İyun – Qurtuluş günü ilə əlaqədar geniş tədbir keçrildi. Tədbiri MKS-in direktor müavini N.Salmanova açaraq Ümummilli liderimiz H.Əliyevin Azərbaycana yenidən dəvət olunmasından danışdı və qeyd etdi ki, biz bu günü bir bayram kimi hər il qeyd edirik. Sonra isə tarixi Qurtuluş Gününün 25 illiyi ilə əlaqədar Komplektləşdirmə və kitabişləmə şöbəsinin biblioqrafı S.Abasova Müstəqilliyimizin qorunmasında, inkişafında, tərəqqisində böyük xidmətləri olmuş H.Əliyev haqqında məruzə etdi. Sonra Xidmət şöbəsinin müdiri Z.Kərimova, Kitabxana İformasiya Texnologiya üzrə mütəxəsisi O.Ağayeva Qurtuluş tarixi – H.Əliyevin qaydışı ilə əlaqədar ölkədə ictimai – siyasi sabitliyin yaranmasından, Azərbaycan həqiqətlərini dünya ictimayyətinə çatdırılmasından danışdılar və bildirdilər ki, Azərbaycan tarixi H. Əliyev təcrübəsi, əsasında beynəlxalq aləmdə zirvələrdə dalğalanır. Tədbirin sonu Qurtuluş gününə həsr olunmuş kitab sərgisinə baxışla sona çatdı.