13.06.2018
Mayın 18-dən iyunun 18-dək respublikamızda keçirilən ənənəvi “İnsan Hüquqları Aylığı” çərçivəsində Şirvan şəhər Heydər Əliyev Mərkəzi tərəfindən rəsm və əl işləri sərgisi təşkil edilmişdir. “İnsan hüquqlarının rəsm əsərlərində təcəssümü” adlı sərgidə otuza yaxın rəsm və dekorativ-tətbiqi sənət nümunəsi nümayişi olunmuşdur. Sərginin tərtibatçıları rəsm və əl işləri ilə yanaşı “Azərbaycan Respublikasının Konstitusiyası”ndakı insan hüquq və azadlıqları haqqında maddələr yazılmış kağız lövhələri də nümayiş etdirmişlər.
Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva sərginin açılışında çıxış edərək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 18 iyunun ölkəmizdə “İnsan hüquqları günü” kimi qeyd olunması və ombudsmanın təşəbbüsü ilə “İnsan Hüquqları Aylığı”nın keçirilməsi haqqında məlumat vermişdir.