Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İnsan Hüquqları Aylığı” çərçivəsində konfrans

11.06.2018

Respublikamızda hər il keçirilən ənənəvi “İnsan Hüquqları Aylığı” çərçivəsində Şirvan şəhər Uşaq Musiqi Məktəbində “Vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin əsas məqsədidir” mövzusunda elmi-praktik konfrans təşkil edilmişdir. Konfransı giriş sözü ilə məktəbin tədris işləri üzrə direktor müavini Əbülfət İsmayılov açmışdır. Rövşən Abdullayevin “İnsan hüquq və azadlıqları humanizm və maarifçilik dövründə”, İlham Salmanovun “Azərbaycanda insan hüquqlarının təminatı: nailiyyətlər, problemlər, perspektivlər”, Bibixanım Şükürlünün “Heydər Əliyev və insan hüquq və azadlıqları”  mövzularında məruzələri dinlənilmişdir. Musiqi məktəbinin direktoru Mübariz Dadaşovun yekun sözü ilə konfrans başa çatmışdır.