Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mənim hüquqlarım” adlı sərgi

11.06.2018

Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində “Mənim hüquqlarım” adlı rəsm və əl işləri sərgisi təşkil olunmuşdur. Açıq havada təşkil olunmuş sərgidə qalereya əməkdaşlarının və dərnək üzvlərinin otuza yaxın rəsmi və əl işi nümayiş etdirilmişdir. Sərginin özəlliklərindən biri də hər bir rəsm  və əl işi ilə yanaşı Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqları barədə müxtəlif maddələrinin yazıldığı lövhələrin nümayiş etdirilməsi olmuşdur. Sərgi zamanı qalereyanın dərnək üzvlərinin  naturadan rəsmlər çəkməsi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.