Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 İyun – Milli Qurtuluş Günüdür!

07.06.2018

07.06.2018-ci  il  tarixdə  Sabirabad  rayon  Heydər  Əliyev  Mərkəzində  Milli Qurtuluş  Günü  ilə  bağlı  silsilə  tədbirlər  keçirilir. Sabirabad  rayon  İcra  Hakimiyyəti  və  Heydər Əliyev  Mərkəzinin  birgə  təşkilatçılığı  ilə  Milli Qurtuluş Günü  ilə  bağlı  tədbir  keçirilmişdir . Azərbaycan  Dövlətçiliyi   Tarixi  kabinetində  Ulu  öndərin  həyat  və  fəaliyyətini  əks  etdirən  film  nümayiş   olunmuşdur. Mərkəzin  ekskursiya  zalında  Ümummilli  liderimiz  Heydər  Əliyevin  həyat  və  fəaliyyəti, xarici  və  daxili  siyasəti  haqqında, Prezident  İlham  Əliyevin  və Mehriban xanım  Əliyevanın  rayonumuza  səfərləri  haqqında  geniş  məlumat  verilmişdir. Sonra  Akt  zalında  şəhər  ictimaiyyətinin  iştirakı  ilə  böyük  tədbir  keçirilmişdir. Tədbir  Azərbaycanın  Dövlət  himni  ilə  açılmışdır,sonra Sabirabad   rayon   İcra  hakimiyyətinin  başçısı  cənab  Nazim  İsmayılov    Milli  Qurtuluş  Günü  ilə bağlı  geniş  məruzə  ilə  çıxış  etmişdir.O,  qeyd  etmişdir  ki,Milli  Qurtuluş  Gününü  xalqımız  hər  il  tükənməz  sevinc  hissi  ilə  qeyd  edir.Qazanılmış  bütün  uğurlara, əmin-amanlığa  görə  həyatını  bu  amallara  həsr  etmiş  dahi  şəxsiyyət, unudulmaz  insan,  dünya  şöhrətli  siyasətçi  Heydər  Əliyev  dönə-dönə  minnətdarlıq   duyğularını  ifadə  edir, Ümummilli  liderimizin  xatirəsini  həmişə  əziz  tutur, onun göstərdiyi  yolla  inamla  addımlayır.Ümummilli  liderimiz  Heydər  Əliyev  1993- cü  il  iyunun  15-də  hakimiyyətə  qayitmaqla  Azərbaycanı  parçalanmaqdan, dövləti  və  dövlətçiliyini  məhv  olmaq  və  tarix  səhnəsindən  silinmək  təhlükəsindən  qurtardı, gənc , Müstəqil  Azərbaycanın  dünyada  yerini  möhkəmlətdi, rolunu  və  nüfuzunu  artırdı. Ona  görə  də, haqlı  olaraq  deyilirki , “Müstəqil  Azərbaycan  Heydər  Əliyevin  şah  əsəridir”.  Sonda  “Qılınc  və  Qalxan” sənədli  filmi  nümayiş  olundu.