Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İnsan Hüquqları Aylığı” çərçivəsində Saatlı rayon Mədəniyyət Mərkəzində tədbir keçirilmişdir

04.06.2018

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 İyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur.Bu əlamətdar tarix münasibətilə hər il olduğu kimi bu il də Azərbaycan Respublikasnın İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı”elan olunmuşdur.04 iyun 2018-ci il tarixdə Saatlı rayon Mədəniyyət Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Erkən nikah və qanunvericilik” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.