04.06.2018
Şirvan şəhərinin mədəniyyət müəssisələri tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində tədbirlər davam etdirilir. Bu mövzuda növbəti tədbir Şirvan şəhər Mərkəzi Kitabxanasında keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Siteminin direktoru İltifat Nəbiyev açmışdır. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra İlhamə İmanovanın “Azərbaycan Xalq Cümhuriyyəti”, Kəmalə Quliyevanın “Məmməd Əmin Rəsulzadə” mövzularında məruzələri dinlənilmişdir. Tədbirin ikinci hissəsində iştirakçılara 9 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Tədbir iştirakçıları “Azərbaycan Xalq Cümhuriyyəti” adlı kitab sərgisi ilə də tanış olmuşlar.