01.06.2018
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 İyun 2007-ci il tarixli Sərəncamı ilə Iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar tarix münasibətilə hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı “elan olunmuşdur. 1 İyun 2018-ci il tarixdə Saatlı Dövlət Rəsm Qalereyasında “İnsan Hüquqları Aylığı”çərçivəsində tədbir keçirilmişdir.Tədbirdə S.Vurğun adına 1 saylı tam orta məktəbin və Ş.Nəzərov adına ümumi orta məktəbin müəllim və şagird kollektivləri iştirak etmişdilər.