Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İnsan hüquq və azadlıqları qloballaşan cəmiyyətdə” mövzusunda seminar

31.05.2018

 Şirvan şəhər Heydər Əliyev Mərkəzi şəhər İcra Hakimiyyəti ilə birlikdə “İnsan hüquq və azadlıqları qloballaşan cəmiyyətdə” mövzusunda seminar təşkil etmişdir. Seminar Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində keçirilmişdir.

         Seminarı giriş sözü ilə kollecin direktor müavini Rasim Xəlilov açmış, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə hər il iyunun 18-nin “İnsan Hüquqları günü” kimi qeyd olunması, insan hüquqları üzrə müvəkkilin təşəbbüsü ilə mayın 18-dən iyinin 18-dək “İnsan Hüquqları aylığı” nın keçirilməsi barədə məlumat vermişdir. Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Samirə İsmaylovanın və Heydər Əliyev Mərkəzinin direktou Aynur Fərzəliyevanın məruzələri dinlənilmişdir.