31.05.2018
Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Energetik” klubu tərəfindən məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Sərgidə Şirvan şəhərinin ümumtəhsil məktəblərində oxuyan şagirdlərin yüzlərlə əl işi nümayiş olunmuşdur. Sərgi “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində keçirildiyi üçün nümayiş olunan tətbiqi-dekorativ sənət nümunələri sırasında şərqdə ilk demokratik respublikanın atributlarının əks olunduğu əl işləri sayca daha çox və diqqətəlayiq olmuşdur.